
Ölkənin müxtəlif regionlarının əhalisi çox ciddi dolanışıq problemləri ilə üzləşdiyi, yoxsulluq, işsizlik və hər cür sistematik korrupsiya tüğyan etdiyi halda, qadınlar, gənclər, işçilər, müəllimlər, təqaüdçülər və digər sosial təbəqələr məşəqqət və haqsızlıq ucbatından çıxılmaz vəziyyətə düşdüyü bu şəraitdə, ağır siyasi, iqtisadi, mədəni və sosial təzyiqlər altında məzlum xalqların beli büküldüyü, rejimin hər cür tənqidə, müxalif fikirlərə yolu bağladığı, hər sivil etiraza güllə və repressiya ilə cavab verdiyi, həbsxanaların dolu olduğu bu dövrdə, siyasi və vicdan məhbusların və dünyada edamların sayı rekordlar qırdığı, avantürist xarici siyasətin təsiri və Qərblə kor-koranə qarşıdurma vətəndaşların həyatını dözülməz həddə çatdırdığı bu durumda… vətəndaşlar niyə rejimin saxta seçkisində iştirak etməli və ona legitimlik verməli idi?!